Krasnoyarskda yerli qanunvericilik məclisinin LDPR-dən olan deputatı Aleksandr Qliskov hədə-qorxu ilə pul etməkdə şübhəli bilinərək saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, deputatın rəsmi Teleqram kanalı saxlanmanın səbəblərini açıqlamasa da, hazırda LDPR-nin regional ofisində axtarışların aparıldığını qeyd edib.
Aleksandr Qliskov 2008-2016-cı illərdə Krasnoyarsk Şəhər Şurasının deputatı olub, 2013-cü ildən isə vitse-spiker vəzifəsini tutub. 2016-cı ilin sentyabrında Qliskov LDPR-dən Krasnoyarsk diyarının Qanunvericilik Məclisinə seçilib.