Həbsxanaya aparılan narkotiklər
01 dekabr 2021 19:01 (UTC +04:00)

Həbsxanaya aparılan narkotiklər

Həbsxanadakı dostuna görün nə apardı

2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Əli oğlu Əmirova tanışı Kürdəmir rayon sakini Rəşid Dədəxan oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan plastik qabdakı yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,118 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 1,127 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,136 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar