Həbsxanada “şvabra” ilə  zorlanan məhkum   intihar etdi
08 fevral 2024 19:04 (UTC +04:00)

Həbsxanada “şvabra” ilə zorlanan məhkum intihar etdi

Həbsxanada işgəncələrə məruz qalan məhkum Tahirjon Bakiyev İrkutskdakı 1 saylı İstintaq Təcridxanasının təkadamlıq kamerasında həyat əlamətləri olmadan tapılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, dərhal həkimlər, müstəntiqlər və prokurorlar çağırılıb. Rəsmi versiyaya görə, Bakiyev intihar edib.

İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Yeva Merkaçova hesab edir ki, Bakiyevə işgəncə verilib. O, silah saxlamağa görə cəza çəkdiyi İrkutsk həbsxanasının əməkdaşlarının zorakılığından danışdıqdan sonra dəmir barmaqlıqlar arxasında ona edilən təzyiqlərdən dəfələrlə şikayət edib. İki il əvvəl o, şvabra ilə zorlanıb.

Təhlükəsizliyini təmin etməyi xahiş etdiyi müraciətdə  yazıb: "Onurğam zədələnib, bağırsaqlarım cırılıb, mədəmdə kolostomiya torbası var". Amma Bakiyevə işgəncə verməkdə ittiham olunan İrkutsk vilayəti üzrə Federal Penitensiar Xidmətin əməkdaşlarının istintaqı zamanı o, başqa bölgəyə aparılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5433
avatar

Oxşar yazılar