Bu ilin iyun ayında Abşeronda arvadının boğazını kəsib öldürən Anar Bəkirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatındadır.
Qeyd edək ki, ilkin araşdırmalara əsasən, aprelin 29-da saat 21 radələrində 29 yaşlı Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 27 yaşlı həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bundan əlavə, Leyla Bəkirova 7 aylıq hamilə imiş. Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.