Hakimiyyəti zorla ələ keçirmək istəyənlər “Whatsapp” qrupu yaradıblar  - MƏHKƏMƏ
24 sentyabr 2024 16:54 (UTC +04:00)

Hakimiyyəti zorla ələ keçirmək istəyənlər “Whatsapp” qrupu yaradıblar - MƏHKƏMƏ

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Məhyəddin oğlu Kərimovun məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil təqsirləndirilən şəxsin qandallarının açılmasını tələb edib.

Hakim vəkilin tələbini təmin edib. Daha sonra, söz dövlət ittihamçısı Orxan Kəngərliyə verilib. 

Dövlət ittihamçısı ittiham aktını elan edib. O, ittiham aktında bildirib ki, Elşən Kərimov bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar və “Whatsapp”da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.

Məhkəmənin davamında hakim dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.

Elşən Kərimov özünü qismən təqsirli bilib. Onun sərbəst ifadə verməsi üçün proses təxirə salınıb.

Məhkəmənin növbəti prosesi oktyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, 57 yaşlı Elşən Kərimov uzun illərdir Rusiyada yaşayıb. O, bu ilin aprelinin 17-də atasının yas mərasimində iştirak etmək üçün Yevlax rayonunun Rüstəmli kəndinə gəlib. Elə yas mərasimində də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2504

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51