Hacıqabulda təcili tibbi yardım maşını qəzaya uğrayıb, tibb bacısı ağır yaralanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan avtomobil təcili tibbi yardım maşını ilə toqquşub.
Nəticədə yoldan çıxaraq aşan təcili yardım avtombilində olan tibb bacısı ağır xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Qəzanı törədən sürücü hadisə yeridən yayınıb.
Hazırda onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.