Hacıqabul sakini itkin düşüb.
Lent.az-ın məlumatına görə, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 51 yaşlı Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
B.Əsgərovun əlamətləri: boyu 160 santimetr, orta bədən quruluşludur.
Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.
