Hacıqabulda 200 evi su basdı   - YENİLƏNİB
12 oktyabr 2024 18:57 (UTC +04:00)

Hacıqabulda 200 evi su basdı - YENİLƏNİB

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yağan leysan yağışları nəticəsində Muşov dağdan sel gəlib və rayonun çox hissəsini su basıb.

Düşən yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

***

Hacıqabulda dağlara yağan intensiv yağışlar şəhərdə ciddi fəsadlar törədib.

Lent.az APA-ya istinadla məlumatına görə, saat 2 radələrində dağlara yağan aramsız sel yağışları şəhərin əksər hissələrini su altında qoyub.

Yüzlərlə evin həyəti su altında qalıb. Şəhərdaxili yollar, şəhərin mərkəzi, şəhər polis şöbəsinin ətrafı 1 metrə qədər su altında qalıb. Şirvan-Hacıqabul dəmir yolu xəttinin 30 metrə qədər hissəsi dağılıb. Bəzi istiqamətlərdə elektrik verilişi dayandırılıb. Bir neçə yerdə transformatorları su basıb. Rayon icra hakimiyyəti tədbirlər görür və təbiət hadisəsinin törətdiyi fəsadları nəticəsi barədə açıqlama verəcəkləri gözlənilir.

***
17:14

Hacıqabul şəhərinə aramsız yağan yağışlar fəsadlara səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb.

Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb.

Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO  - VİDEO  - YENİLƏNİB

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Oxşar yazılar