Hacan Hacısoy  vəfat etdi
28 iyul 2026 23:29 (UTC +04:00)

Hacan Hacısoy vəfat etdi

0

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.

Bu barədə Lent.az-a Hacan Hacısoyun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, bu yaxınlarda Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunmuşdu.

Hacan Hacısoy elm, diplomatiya və ədəbiyyat sahələrində uzun illər fəaliyyət göstərib. O, bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, çoxsaylı elmi və bədii əsərlər qələmə alıb.

Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar