Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Qurumdan Lent.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.