Göyçayda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel”, “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə sərnişin olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.