40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər - XƏBƏRDARLIQ
27 may 2026 02:47 (UTC +04:00)

40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər - XƏBƏRDARLIQ

0

Yer kürəsinin əhalisi ciddi ekoloji böhran baş verəcəyi təqdirdə 2064-cü ilə qədər iki dəfə azala bilər.

Lent.az xəbər verir ki, bu barədə müvafiq tədqiqatın müəlliflərindən biri Alessio Cakkone (Alessio Zaccone) Phys.org portalında dərc olunan məqaləsində bildirib.

Alim vurğulayıb ki, bu ssenari qəti proqnoz deyil, sadəcə mümkün variantları göstərən riyazi modeldir.

Tədqiqatçılar hesablamalar aparmaq üçün son 12 min ildə bəşəriyyətin artım dinamikasını əks etdirən xüsusi tənlikdən istifadə ediblər. Onların sözlərinə görə, hazırkı təbii tendensiya öz-özlüyündə "dünyanın sonu"na gətirib çıxarmır. Lakin qlobal iqlim fəlakəti, irimiqyaslı pandemiyalar, dağıdıcı müharibələr və ya resurs çatışmazlığı qeydə alınarsa, vəziyyət kökündən dəyişə bilər.

Hazırlanan modelə əsasən, belə bir neqativ ssenaridə planetimiz yalnız təxminən iki milyard insanı qidalandırmaq və yaşatmaq gücündə olacaq.

Mütəxəssis xatırladıb ki, alimlər daha əvvəl də Yer əhalisinin mövcud istehlak səviyyəsinin davamlılıq həddini çoxdan aşdığı barədə xəbərdarlıq ediblər. Ekoloqların fikrincə, təbii ehtiyatların tamamilə tükənməməsi üçün planetdə ideal olaraq təxminən 2.5 milyard insan yaşamalıdır. Hazırda isə dünya əhalisinin ümumi sayı artıq 8 milyard nəfəri ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar