Dostu ilə birgə qohumunun evinə  girdi: Hacıqabulda 42 minlik OĞURLUQ
27 may 2026 10:11 (UTC +04:00)

Dostu ilə birgə qohumunun evinə girdi: Hacıqabulda 42 minlik OĞURLUQ

0

Hacıqabulda ev qarət olunub.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar. Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar