Rusiyanın paytaxtı Moskvada bir qadın sürücü avtomobilini “Smolenskiy Passage” ticarət mərkəzi yaxınlığındakı dayanacaqda 155 gün saxladıqdan sonra parkinq üçün 1,1 milyon rubldan çox borcla üzləşib.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın parkinq kartını ödəniş aparatına daxil etdikdə ekranda 1 115 700 rubl məbləği görünüb.
Məlumata görə, avtomobil beş aydan artıq müddətdə, fasiləsiz 155 gün dayanacaqda qalıb. Moskvanın mərkəzində, xüsusilə iri ticarət mərkəzlərinin yaxınlığında parkinq ödənişli və baha olduğundan belə məbləğin yaranmasının mümkün olduğu bildirilir.
Ekspertlər sürücülərə parkinq vaxtına diqqət etməyi, ödəniş tətbiqlərindən istifadə etməyi və yüksək tarifli zonalarda avtomobili uzun müddət saxlamamağı tövsiyə edirlər. Əks halda hesab məbləği ucuz avtomobilin qiymətinə yaxın ola bilər.