Bolqar bibəri həftələrlə təzə qalacaq:  onu düzgün saxlamağın  yolları
27 may 2026 11:14 (UTC +04:00)

Bolqar bibəri həftələrlə təzə qalacaq: onu düzgün saxlamağın yolları

0

Soyuducuda yanlış “qonşular” bibərin tez xarab olmasına səbəb ola bilər. Bolqar bibərinin daha uzun müddət təzə qalması üçün düzgün saxlama şəraiti seçmək vacibdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu tərəvəz ən yaxşı şəkildə soyuducuda - orta rütubət şəraitində və etilen ifraz edən məhsullardan uzaqda saxlanıldıqda qalır.

Bolqar bibərini necə saxlamaq lazımdır?

Çiy bolqar bibərinin qısamüddətli saxlanması üçün ən yaxşı variant soyuducudur. Maksimum təzəlik üçün bibərlər bütöv və yuyulmamış şəkildə tərəvəz bölməsində saxlanmalıdır. Bu halda onlar 1-2 həftə ərzində təzə qala bilər.

Doğranmış bibər isə hava keçirməyən qabda saxlanılarsa, soyuducuda təxminən 3-5 gün qalır. Qabın altına kağız salfet qoymaq məsləhətdir. Bu, artıq nəmi hopduraraq saxlama müddətini uzadır. Kağız paket də uyğun seçimdir, çünki bibərin “nəfəs almasına” imkan verir və kif yaranmasının qarşısını alır.

Aşağıdakı yerlərdə saxlamaq qətiyyən olmaz:

• günəş altında və ya istilik mənbələrinin yaxınlığında - bibər tez solur, nəmini itirir və pis saxlanılır; 

• çox isti yerdə - +20...+25 °C və daha yüksək temperaturda bibər tez yumşalır və xarab olmağa başlayır,

xüsusilə yetişmiş bibərlər; 

• rütubətli mühitdə və ya kondensat yaranan bağlı paketdə - nəmlik kif üçün ideal şərait yaradır. Paket “tərləyirsə”, bu, xarab olmanı sürətləndirir. 

Bolqar bibərini pomidor və alma kimi etilen ifraz edən meyvə-tərəvəzlərdən uzaq saxlamaq lazımdır. Etilen qazı bibərin daha tez xarab olmasına səbəb olur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar