Goranboyda mənzilin döşəməsi çökdü, xəsarət alanlar var -YENİLƏNİB
23 noyabr 2025 10:07 (UTC +04:00)

Goranboyda mənzilin döşəməsi çökdü, xəsarət alanlar var-YENİLƏNİB

0

Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

saat 08.16

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

Lent.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının  sədri Seymur Nazarov bildirib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O həmçinin bina sakinlərinin təxliyə edildiyini deyib.

Hazırda ərazidə  təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 699

Oxşar yazılar