Mingəçevirdə 14 yaşlı oğlan qətl törətdi - YENİLƏNİB
23 noyabr 2025 11:40 (UTC +04:00)

Mingəçevirdə 14 yaşlı oğlan qətl törətdi - YENİLƏNİB

1

Dünən saat 22:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2008-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, döş qəfəsinin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 23:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

22 noyabr, saat 23.46

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

***

22 noyabr, saat 23:05

Mingəçevirdə məktəbli bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü  Sarıyev Elmar Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4466

Oxşar yazılar