"Liverpul"un hücumçusu hədələrə görə doberman iti aldı
22 noyabr 2025 16:42 (UTC +04:00)

"Liverpul"un hücumçusu hədələrə görə doberman iti aldı

0

İngiltərənin “Liverpul” klubunun hücumçusu Aleksander İsak 30 min funt sterlinqə (təxminən 34 min avro) mühafizə məqsədilə doberman iti alıb.

Lent.az xəbər verir ki, itin alınması futbolçunun İsveç yığmasında çıxışlarından sonra ona ünvanlanan qətl və zorakılıq təhdidləri ilə əlaqələndirilir. Təhdidlər xüsusilə İsveç millisinin 2026 Dünya Çempionatının seçmə mərhələsindəki uğursuzluğundan sonra güclənib və futbolçunun şəxsi təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Qeyd edilir ki, İngiltərə Premyer Liqası futbolçuları arasında şəxsi əmlakı qorumaq üçün itlər əldə etmək meyli artır. Bu, son illər Britaniyada məşhur şəxslərin evlərinə edilən oğurluq və basqınların çoxalmasından sonra müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar