Keçmiş Şahzadənun başı bəladadır - Epşteyn işində ifadə verəcək
23 noyabr 2025 07:38 (UTC +04:00)

Keçmiş Şahzadənun başı bəladadır - Epşteyn işində ifadə verəcək

0

Britaniya Baş naziri Kir Starmer hesab edir ki, Britaniya Kralı III Çarlzın qardaşı Endryu ABŞ Konqresi qarşısında məşhur maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ifadə verməlidir.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat verib.

Qeyd edək ki, Endryunun Epşteyn işi ilə bağlı ABŞ Konqresi qarşısında ifadə vermək üçün çağırış vərəqəsini qulaqardına vurduğu  ilə bağlı xəbərlər yayılmışdı.

Çağırışda cavab üçün son tarix 20 noyabr olaraq təyin olunmuşdu.

"Uzun müddətdir riayət etdiyim ümumi prinsip ondan ibarətdir ki, bu cür işlərlə bağlı müvafiq məlumatı olan hər kəs həmin məlumata ehtiyacı olanlara ifadə verməlidir", - Starmer bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar