Goranboyda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Naftalan-Səfikürd yolunun Goranboy rayonu Səfikürd kəndi ərazisindən keçən hissəsində baş verib. 33 yaşlı Məmmədov Raul Suliddin oğlunun idarə etdiyi “VAZ-21124” markalı avtomobil idarəetmdən çıxaraq aşıb. Nəticədə sürücü yerindəcə keçinib. R. Məmmədovun sərnişini olan arvadı 31 yaşlı Məmmədova Aynanisə Oktay qızı və oğlu 10 yaşlı Məmmədli Ramal Raul oğlu xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparırılır.