Gizli yollarla Bakıya gəlmək istəyən sürücülər həbs olundu
30 dekabr 2020 11:37 (UTC +04:00)

Gizli yollarla Bakıya gəlmək istəyən sürücülər həbs olundu

Karantin postundan kənar yollarla keçməyə cəhd göstərən sürücülər saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 29-da saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb. 

Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkarlanıb və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.  
Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib. 

Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.

Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.

# 1737
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

25 fevral 2024 , 11:42
Atasını öldürən tutuldu

Atasını öldürən tutuldu

25 fevral 2024 , 10:22
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

25 fevral 2024 , 09:31
Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu

25 fevral 2024 , 09:04
Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09
Abşeronda PARTLAYIŞ və YANĞIN -YENİLƏNİB -VİDEO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB-VİDEO

24 fevral 2024 , 23:24