General-mayor rüşvət aldığını etiraf etdi
08 avqust 2024 11:45 (UTC +04:00)

General-mayor rüşvət aldığını etiraf etdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə baş idarəsinin rəisi general-mayor Oleq Boyko rüşvətxorluqda günahını etiraf edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Oleq Boyko 2023-cü il dekabrın 18-də FSB və İstintaq Komitəsinin əməkdaşları tərəfindən tabeliyində olan şəxslərdən qanunsuz yolla əldə edilmiş pul vəsaiti tələb etməkdə ittiham olunaraq saxlanılıb.

Daha sonra Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn bildirib ki, Samara vilayətinin idarə rəisi ümumilikdə 25 milyon rubl (təxminən 495 min manat) məbləğində rüşvət alıb.

Boykoya qarşı cinayət işi açılıb. İstintaq Komitəsindən verilən açıqlamaya görə, general-mayor yanğın təhlükəsizliyi yoxlamaları aparılmaması üçün obyektlərdən pul alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar

Bakıda çimərlikdə SİLAHLI İNSİDENT : 52 yaşlı kişi öldürüldü - YENİLƏNİB

Bakıda çimərlikdə SİLAHLI İNSİDENT: 52 yaşlı kişi öldürüldü - YENİLƏNİB

8 avqust 2024 , 13:57
Bakıda 100 minlik DƏLƏDUZLUQ:  qadın tutuldu

Bakıda 100 minlik DƏLƏDUZLUQ: qadın tutuldu

8 avqust 2024 , 13:29
Polis bu qızı axtarır

Polis bu qızı axtarır

8 avqust 2024 , 12:52
Uşaq hamamda yanıb öldü

Uşaq hamamda yanıb öldü

8 avqust 2024 , 12:50
Bakıda evdən 6 minlik qızıl  oğurlandı

Bakıda evdən 6 minlik qızıl oğurlandı

8 avqust 2024 , 12:24
İtən əsgərlərə görə tutulan hərbçilərin ağır cinayətləri üzə çıxdı

İtən əsgərlərə görə tutulan hərbçilərin ağır cinayətləri üzə çıxdı

8 avqust 2024 , 11:00
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

8 avqust 2024 , 10:53
Şəhid oğlunu cərəyan vurub öldürdü

Şəhid oğlunu cərəyan vurub öldürdü

8 avqust 2024 , 10:27