Abşeronda intihar baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsi, Gənclər şəhərciyində qeydə alınıb.
Orada yaşayan 37 yaşlı Sarvan İbrahimov evdə çoxlu sayda həb qəbul edib. Nəticədə xəstəxanaya yerləşdirilən Sarvan İbrahimov orada ölüb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırılma aparılır.