Gəncədə PARTLAYIŞ:  ölən və yaralananların adları -VİDEO
18 oktyabr 2024 09:01 (UTC +04:00)

Gəncədə PARTLAYIŞ: ölən və yaralananların adları -VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Lent.az-ın  FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

08:03

Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür.

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

***
07:49

 

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

 

***
07:25

Gəncədə binada partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

 

Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2 Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2 Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2 Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2 Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2 Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO  - YENİLƏNİB-2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar