Gəncədə müğənni və rəqqasənin ölümü ilə bağlı araşdırma aparılır - PROKURORLUQ
19 fevral 2023 19:42 (UTC +04:00)

Gəncədə müğənni və rəqqasənin ölümü ilə bağlı araşdırma aparılır - PROKURORLUQ

0

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə baxış keçirilib.

Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda Gəncə Şəhər Prokurorluğunda Turxan Əliyev və Aytən Abdullayevanın ölüm səbəbi araşdırılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullyeva isə rəqqasə olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4645

Oxşar yazılar