Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, Samux rayon sakini E.İlyasov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən şəhər sakini R.Hüseynovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.