Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.
Hərəkətdən olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarınadakı işıq dirəyinə və evin hasarına çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Hadisədə avtomobilə, evin hasarına və işıq təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.