Gəncədə mağazanın seyfindən 4500 manat pul oğurlandı
09 mart 2023 12:10 (UTC +04:00)

Gəncədə mağazanın seyfindən 4500 manat pul oğurlandı

0

Gəncədə mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 8-nə keçən gecə Gəncə şəhəri ərazisində ticarət mərkəzlərinin birində yerləşən mağazadakı seyfdən 4500 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1838

Oxşar yazılar