Gəncədə 40 yaşlı kişi şantaj olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Üzeyir Zeynalov polisə ərizə ilə müraciət edərək sosial şəbəkədə tanış olduğu Aysel adlı qız tərəfindən şantaj olunduğunu bildirib.
Üzeyir Zeynalov şikayətində qeyd edib ki, Aysel onu qeyri-münasib şəkillərini yayacağı ilə hədələyərək çoxlu pul tələb edib.
Faktla bağlı Gəncə Polis tərəfindən araşdırma aparılır.