Gəncədə keçmiş məhkum qadının meyiti tapıldı
26 noyabr 2024 19:31 (UTC +04:00)

Gəncədə keçmiş məhkum qadının meyiti tapıldı

Gəncədə evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospektindəki evlərin birində baş verib.

49 yaşlı Səbinə Əbülfəz qızı Həsənpurun meyiti burada kirayədə yaşadığı mənzildə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, mərhum əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə məhkumluq həyatı yaşayıb. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar