Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 32 yaşlı B. Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, qadını əri bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.