Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Şəhər sakini Cəfər Rizvan oğlu Cəfərov aralarında yaranmış mübahisə zamanı tanışı, Eldar Oktay oğlu Əhmədovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.