Gəncədə çaydan meyiti tapılan qadının ölməsinin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı F. Əmiraslanovanı bu gün Gəncə çayında sel aparıb.
Qeyd edək ki, çayda meyiti aşkarlanan yeniyetmə şəhər ərazisində dilənçiliklə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
***
21:49
Gəncədə çaydan qadın meyti tapılıb.
Lent.az-ın məlumatına görə hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, çaydan gənc qadının meyiti aşkarlanaraq çıxarılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov hadisə haqqında bunları deyib:
"İyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub. Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 17 yaşlı F. Əmraslanova olması müəyyən edilib. Meyit eksperrizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir".