Gəncədə bıçaqlaşma: 2 nəfər yaralandı
19 fevral 2024 09:36 (UTC +04:00)

Gəncədə bıçaqlaşma: 2 nəfər yaralandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirən şəxsin Anar Tağıyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törərməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297
avatar

Oxşar yazılar