Gəncə, Lənkəran və Qazaxa yeni prokurorlar  təyin edildi
23 oktyabr 2024 10:59 (UTC +04:00)

Gəncə, Lənkəran və Qazaxa yeni prokurorlar təyin edildi

Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub.

Lent.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilərək, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Həmçinin digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib və Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bunlardan əlavə, Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar