Füzuliyə icazəsiz gedənlər həbs olundu -  VİDEO
05 fevral 2021 17:17 (UTC +04:00)

Füzuliyə icazəsiz gedənlər həbs olundu - VİDEO

Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, lakin buna baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılıblar.

Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallarla birlikdə Füzuli rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib.

Hazırda müvafiq araşdırmalar aparılır.

DİN bir daha vətəndaşlara müraciət edərək, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırıb.

Füzuliyə qanunsuz keçənlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1873

Oxşar yazılar

Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı

25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38