Fərdi yaşayış evində yanğın baş verdi
07 noyabr 2021 22:03 (UTC +04:00)

Fərdi yaşayış evində yanğın baş verdi

0

Şirvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 5/1 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1964-cü il təvəllüdlü  Ağayev Rəhim Əkbər oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin tavan hissəsinin 170 kv.metr sahəsi yanıb. Yanğın yerinə Şirvan YMX-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2085

Oxşar yazılar