"Meydan TV" işi üzrə həbs edilən Fatimə Mövlamlının anasını döyüb xəsarət yetirməsi və anasının ondan şikayətlər etməsi ilə bağlı məlumatlar yayılıb.
Lent.az-ın məlumatına görə, F.Mövlamlının həbs olunmazdan əvvəl anası Vüsalə Mövlamlını zorakılığa məruz qoyaraq ona işgəncələr verməsi ilə bağlı polisə dəfələrlə müracət edilib.
Anası qızının mütəmadi olaraq qızının spirtli içki qəbul edib gecə saatlarında evə gəlməsinə, sosial şəbəkələrdə xoşagəlməz fotolar paylaşmasına görə ona irad tutduğu üçün döyülüb və təhqir olunub.
Vüsalə Mövlamlı qızının sərxoş halda evin əşyalarını dağıtması və ona bədən xəsarətləri yetirməsi ilə bağlı ekspertizaya gedib, qızının cəzalandırılmasını istəyib.
Ekspertiza rəyinə görə V. Mövlamlının qızı tərəfindən sağlamlığı pozulub, qapalı kəllə beyin travması alıb və beyini silkələnib, başında dərialtı hematomalar yaranıb.
Onun əməlləri barədə məlumatı verən mənbə bildirir ki, F.Mövlamlı anasının şikayətlərinə görə ona fiziki və psixoloji təzyiqləri davam etdirib.