Yekaterinburqda FSB cinayət axtarışı əməkdaşını hədə-qorxu ilə tələb etməkdə şübhəli bilərək saxlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, polisin qadın dostuna kömək etdiyi məlum olub. Belə ki, onun qadın tanışı qarşılıqlı razılıq əsasında bir kişi ilə intim münasibətə girib. Lakin sonra cinsi əlaqə üçün kişidən 500 min rubl istəyib.
Kişi həmin pulu ödəməkdən imtina edib. Daha sonra rus qadın tanıdığı polisə müraciət edərək zərərçəkmişdən 900 min rubl tələb etməyə başlayıb.