Tacikistanın Xocən şəhərində eyni anda altı uşaq dünyaya gətirən ana və övladları vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə doğum evinin baş həkimi Nuri Dadovayeva bildirib.
Məlumata görə, körpələrin ölümünə səbəb erkən doğuş və həddən artıq az çəki olub. Körpələrin 2-si oğlan 4-ü qız idi.
Xatırladaq ki, bu eyni anda altı uşağın doğulması respublikada ilkdir.