Bakı sakini yıxılaraq xəsarət alıb.
APA-ya Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zirə qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Məmmədov Etibar Ağababa oğlu yıxılan zaman qarın nahiyəsinə şüşə
batıb. Xəstəxanaya yerləşdirilən yaralı ilkin müayinədən sonra evə buraxılıb.
Qeyd edək ki, bundan əvvəl mətbuatda E.Məmmədovun bıçaqlandığı barədə həqiqəti əks etdirməyən xəbərlər yer almışdı.