Ağsu şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilməsi barədə rayon Polis
Şöbəsinə məlumat daxil olub. Evlərə daxil olan naməlum şəxs həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan
Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb. O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib. Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə T.Rəhimov
barəsində həbs qətimkan tədbiri seçilib.