Göyçayda məclis təşkil edənlər barəsində inzibati qaydada tədbir görülüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.
Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar cərimə ediliblər.