Gədəbəydə partlayış baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
73 yaşlı Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.
Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.