"Əsl günahkar kənarda qalıb"  - Könül Vəlibəylinin öldüyü yanğın işi üzrə məhkəmə başladı
17 iyun 2026 19:00 (UTC +04:00)

"Əsl günahkar kənarda qalıb" - Könül Vəlibəylinin öldüyü yanğın işi üzrə məhkəmə başladı

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirilib.

Zərərçəkən Samir Məhəmmədovun hüquqi varisi Marta Məmmədovanın vəkili işin ibtidai istintaqa qaytarılması ilə bağlı məhkəməyə müraciət edib:

"Bu işdə əsl günahkar olan Vüqar Abbasov məsuliyyətdən kənarda qalıb və bu işdə zərərçəkmiş qismində tanınıb. Vəkil Vüqar Abbasovun təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün cinayət işi geri qaytarılmalıdır".

Vəfat edən Arzu Qəmbərlinin hüquqi varisi, atası Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov da vəsatətlə çıxış edib.

Bildirib ki, Bəhruz Paşayev də, Vüqar Abbasov da bu işdə təqsirlidir: 

"Bu işdə ibtidai istintaq düzgün aparılmayıb. Vüqar Abbasovun işdən yayındırılması üçün oyun qurulub. O da burada təqsirləndirilən şəxs qismində əyləşməlidir. Mənim övladımın ölümündə günahkar şəxs qanun qarşısında cəzasını alsın".

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətlərin təmin olunmadığını, işin məhkəmə baxışına verildiyini və 30 iyul saat 12:00-a təyin olunduğunu elan edib.
 

Xatırladaq ki, 2025-ci ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib. Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225.3-cü maddəsi  (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə məsuliyyətə  cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Bundan başqa digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.

Qeyd edək ki, həmin yanğında ölənlərdən biri də "Milli Geyim Evi"nin rəhbəri Könül Vəlibəyli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar