Vanadzor cəzaçəkmə müəssisəsində məhbus ağzını tikib.
Lent.az Ermənistan mediasına istinadən xəbər verir ki, fevralın 9-da məhbus Armen Ç. ağzını tikib, fevralın 18-də isə dodaqlarını sancaqla möhürləyib. O, əməlini başqa cəzaçəkmə müəssisəsinə köçürülmə tələbi ilə izah edib.
Faktla bağlı cinayət işi başlanıb.