Ermənistan Laçın və Kəlbəcəri  ATƏŞƏ TUTDU
09 oktyabr 2022 13:10 (UTC +04:00)

Ermənistan Laçın və Kəlbəcəri ATƏŞƏ TUTDU

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən xəbər verilib. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 4731
avatar

Oxşar yazılar