Vətən müharibəsi zamanı ermənilər Azərbaycanın din yaşayış məntəqələrinə 227 raket atıb.
Lent.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev kollegiya iclasındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Azərbaycanın rayon və şəhərlərinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb. Həmçinin çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.