Azaraq Azərbaycan ərazisinə keçən erməni əsgər ÖLKƏSİNƏ VERİLDİ  - YENİLƏNİB
26 may 2022 14:13 (UTC +04:00)

Azaraq Azərbaycan ərazisinə keçən erməni əsgər ÖLKƏSİNƏ VERİLDİ - YENİLƏNİB

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya məlumat yayıb.

***

25 may 14:41

Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək.

Lent.az xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb. 

Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.

Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.

“Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib”, - mənbə yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4941

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15