Ərinə hirsləndi, yeni doğduğu körpəsini  yerə çırpıb öldürdü
22 mart 2023 19:00 (UTC +04:00)

Ərinə hirsləndi, yeni doğduğu körpəsini yerə çırpıb öldürdü

Rusiyanın Omsk vilayətində gənc ana yeni  doğduğu körpəsini öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, vilayət məhkəməsi həmin qadın barəsində hökm elan edib. Hadisə 2022-ci ilin yayında baş verib. Qadın sərxoş vəziyyətdə sevgilisindən qisas almaq üçün yeni doğulmuş uşağını var gücü ilə bir neçə dəfə yerə vurub. Həkimlər gələnə qədər körpə atasının qucağında dünyasını dəyişib.

İstintaq zamanı qadın körpənin əri tərəfindən öldürüldüyünü deyərək günahını etiraf etməyib. Gənc ana ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

# 2859
avatar

Oxşar yazılar